» » Şəkili kişilərdən marixuana götürüldü

Şəkili kişilərdən marixuana götürüldü

Şəkili kişilərdən marixuana götürüldü
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Bədəlovu saxlayıb.

Oxu.Az-ın məlumatına görə, onun üzərində şəxsi axtarış keçirilən zaman 0,110 qram çəkidə narkotik vasitə olan heroin və şəhər ərazisindəki yaşadığı evin zirzəmisindən sellofan torbada 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

ŞRPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Anar Ələkbərov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 274 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031