dini radikalizm və ekstremizmlə mübarizə

Balakən rayonunda güclü yanğın olub

Balakən rayonunda güclü yanğın olub
Balakəndə fərdi yaşayış evində yanğın olub.
Djb.az-ın ONA-ya istinadən məlumatına gorə, yanğın gecə saat 02:20 radələrində rayonun Qazma kəndində, kənd sakini, 61 yaşlı Zülfiqar Sarıyevə məxsus, ümumi sahəsi 72 kv/m olan birmərtəbəli, kürsülü üçotaqlı fərdi yaşayış evində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 26 kv/m sahədə yanıb. Yanğın zamanı evin otaqlarından birində olan 150 baş xırda cücə tüstüdən boğularaq tələf olub, daha 150 baş iri cücə xilas edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Oxunub: 534
Oxşar xəbərlər
SON XƏBƏRLƏR