dini radikalizm və ekstremizmlə mübarizə

Qazaxda bir gecədə üç nəfəri bıçaqladılar

Qazaxda bir gecədə üç nəfəri bıçaqladılar
Qazax rayonunda bir gecədə üç nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Oxu.Az-ın verdiyi məlumata görə, rayonun Xanlıqlar kənd sakini, 1979-cu il təvəllüdlü Şərifov Rəşad Mədət oğlu, Orta Salahlı kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Orxan Abdulla oğlu kürək nahiyələrindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alıblar.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Ağköynək kənd sakini, 1988-ci il təvəllüdlü Eyubov Teymur Naib oğlu isə səhər saat 05.00 radələrində qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan T. Eyubovun vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumata görə, hadisələr müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdə baş verib.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunub: 530
Oxşar xəbərlər
SON XƏBƏRLƏR