» » Narkotik vasitə satmaq istəyən Astara sakini saxlanılıb

Narkotik vasitə satmaq istəyən Astara sakini saxlanılıb

Narkotik vasitə satmaq istəyən Astara sakini saxlanılıb
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı külli miqdarda narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ONA-ya verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Rəşad Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə 103,130 qram narkotik vasitə olan heroin, 1 bükümdə 108,036 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

R.Mahmudov narkotik vasitəni qabaqcadan əlbir oldugu, qaçaqmalçılıq yolu ilə onu respublika ərazisinə keçirən İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930