dini radikalizm və ekstremizmlə mübarizə

Ağsuda evlərdən və mağazalardan oğurluq edən şəxs tutulub

Ağsuda evlərdən və mağazalardan oğurluq edən şəxs tutulub
Ağsuda evlərə və marketlərə qənim kəsilən oğru polis tərəfindən saxlanılıb.

Djb.az ONA-yta istinadən xəbər verir ki, Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, 1992-ci il təvəllüdlü, Ağsu şəhəri Vidadi küçəsi ev 82 mənzil 11-də yaşayan Ərəstunzadə Alim Mahir oğlu 3 mart 2019-cu il tarixdə Ağsu şəhəri Nizami küçəsində yerləşən Məmmədov Samir Əlşah oğluna məxsus mağazadan 105 manat nəğd pulu, 15 manat dəyərində siqarət və ətir əşyalarını, 5 mart 2019-cu il tarixdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Kazımov Rəşad Akif oğluna məxsus aptekdən 450 manat nəğd pulu və 10 mart 2019-cu il tarixdə Ağsu şəhəri S.Vurğun küçəsində yerləşən Xəlilov Bəylər Niyaz oğluna məxsus mağazadan 350 manat nəğd pulu gizli yolla talayaraq, vətəndaşlara maddi ziyan vurmaqla oğurluq edib.

​Qeyd olunan oğurluq hadisələri ilə əlaqədar Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Oxunub: 493
Oxşar xəbərlər
SON XƏBƏRLƏR