dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda qazaxıstanlı narkotacir tutulub

Bakıda qazaxıstanlı narkotacir tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat zamanı Qazaxıstan Respublikasının vətəndaşı əvvəllər məhkum olunmuş Sahil Həsənov narkotik vasitə olan 0,510 qram heroini satmaq istəyən zaman saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada olan 11,706 qram heroin, 5,239 qram tiryək, 10,119 qram metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovun paytaxtın Xətai rayonunda kirayədə yaşadığı mənzilə də baxış keçirilib.

Oradan isə əlavə olaraq 503,292 qram narkotik vasitə heroin və 49,881 qram metamfetamin aşkar edilib.

Oxunub: 552
Oxşar xəbərlər
SON XƏBƏRLƏR