dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə yaşayış binasında partlayış və yanğın olub - FOTO

Mingəçevirdə yaşayış binasında partlayış və yanğın olub - FOTO

Mingəçevirdə yaşayış binasında partlayış və yanğın olub.

Djb.az-ın ONA-ya istinadən verdiyi xəbərə görə,, hadisə şəhərin Nəriman Nərimanov küçəsindəki 31 saylı binada baş verib.

Həmin binanın 2-ci mərtəbəsində iki otaqlı mənzildə kiçik qaz balonunun partlaması nəticəsində yanğın başlayıb. Yanğın həm də üst mərtəbənin eyvanına yüksəlib. Hadisə yerinə FHN-in iki yanğınsöndürmə briqadası və təcili tibbi yardım heyəti cəlb olunub. Sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın daha da genişlənmədən qarşısı alınıb və tamamilə söndürülüb. Hadisə zamanı ev sahibləri mənzildə olmadığından, partlayış və yanğından kimsə zərər görməyib.

Məlum olub ki, ev sahibləri qaz balonunu açıq qoyaraq çölə çıxıb və məhz bu zaman partlayış baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 606
Oxşar xəbərlər
SON XƏBƏRLƏR