dini radikalizm və ekstremizmlə mübarizə

Kamil Zeynallı apellyasiya şikayəti verdi

Kamil Zeynallı apellyasiya şikayəti verdi

Həbsdə olan idmançı Kamil Zeynallı barəsində Nərimanov rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Oxu.Az-ın xəbərinə görə, şikayətə martın 14-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Şikayətdə göstərilib ki, K. Zeynallı həbs olunmasından narazıdır və bəraət istəyir.

İttihama görə, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar. K.Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib.

Oxunub: 526
Oxşar xəbərlər
SON XƏBƏRLƏR