dini radikalizm və ekstremizmlə mübarizə

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası olub

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası olub

Gəncədə 67 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

Hadisə şəhərin Şah İsmayıl Xatai prospektində yerləşən marketlərin birinin önündə baş verib.

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Məmmədovu “Mercedes” markalı avtomobil vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxunub: 541
Oxşar xəbərlər
SON XƏBƏRLƏR