» » Rüşvət alan "agentlik" işçiləri şikayətçidir

Rüşvət alan "agentlik" işçiləri şikayətçidir

Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayev barələrində olan hökmdən apellyasiya şikayəti verib.

Open.az-ın məlumatına görə, təqsirləndirilən şəxslərin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib və hakim İlqar Murquzovun icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası günü təyin edilməyib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ikə hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728