dini radikalizm və ekstremizmlə mübarizə

Şamaxıda ər-arvadın əl-qolunu bağlayan maskalı şəxslərdən YENİ XƏBƏR

Quldurluqda təqsirləndirilən Rəşad Zərbəliyev, Kənan Səfərov, Cabir Zərbəliyev, Tural Əliyev, Mehdi Əliyev və İbrahim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məkməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmən baxışı yanvarın 3-nə təyin edilib.

Qeyd edək ki, quldurluq hadisəsi bu il yanvarın 19-da Şamaxı rayonunun Məlhəm kəndində baş verib. Gecə saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girən maskalı şəxslər onun və xanımı Gülyaz Novruzovanın əl və ayaqlarını yapışqanlı lentlə bağlayıblar. Daha əvvəl bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan zaman dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən R.Zərbəliyev və K.Səfərova qarşı istintaq orqanı tərəfindən daha ağır ittiham irəli sürülsə də, cinayət işində yer alan ittiham aktının nəticə hissəsində bəzi maddələr göstərilməyib. Həmçinin o söyləyib ki, istintaq zamanı iki zərərçəkmişin olduğu göstərilsə də, cinayət işi materiallarında bir nəfər zərərçəkmişin adı qeyd edilib. Prokuror qeyd edilən prosessual pozuntuların nəzərə alınmasını və cinayət işinin yenidən istintaqa qaytarılmasını tələb edib. Məhkəmənin qərarı ilə cinayət işi yenidən prokurorluğa qaytarılıb.

Oxunub: 535
Oxşar xəbərlər
SON XƏBƏRLƏR