dini radikalizm və ekstremizmlə mübarizə

Orta məktəbdə tank əleyhinə mina tapıldı

Dekabrın 11-də saat 10:36-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 10:43-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Ağcabədi rayonu, Qaradolaq kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Open.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 saylı kənd orta məktəbinin söküntü aparılan hissəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim minalarının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Orta məktəbdə tank əleyhinə mina tapıldı
Orta məktəbdə tank əleyhinə mina tapıldı

Oxunub: 936
Oxşar xəbərlər
SON XƏBƏRLƏR