dini radikalizm və ekstremizmlə mübarizə

İstirahət günləri Azərbaycan yollarında 5 nəfər öldü

Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 189 cinayət faktı qeydə alınmış, onların da 31-i “isti izlər”lə açılıb.



Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.



Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.



Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.



Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.



Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Oxunub: 588
Oxşar xəbərlər
SON XƏBƏRLƏR