dini radikalizm və ekstremizmlə mübarizə

Whatsapp-da DYP rəisi haqqında məlumat yayan şəxs həbs edildi

Whatsapp sosial şəbəkəsində Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenantı Cavanşir Ələkbərovla bağlı səs yazısı yayan şəxs həbs edilib.

Bu barədə Open.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Yeni Günəşli sakini, 1981-ci il təvəllüdlü Qasımov Fariz Mürvət oğlu Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub. O bildirib ki, F.Qasımov barəsində tərtib edilmiş sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onun barəsində 15 sutkalıq həbs qərarı çıxarıb: "Vətəndaş səmimi olaraq peşmançılığını bildirib. Araşdırma zamanı məlum olub ki, Fariz Qasımov özü "Toyota" markalı avtomobili ilə avtoxuliqanlıq hərəkətləri törədib. Onun barəsində sənədlər hazırlanıb. Bucür informasiya yaymaqla etdiyi avtoxuliqanlıq hərəkətinə görə məsuliyyətdən yayınmaq istəyib. Fariz Qasımov bunların hamısını etiraf edib".

Qeyd edək ki, Whatsapp-da yayılan səs yazısında Cavanşir Ələkbərovun ünvanına ittihamlar səslənib. Səs yazısını yayan F.Qasımov bildirib ki, özü də daxil olmaqla bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 nömrəli “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbləşərək onu sağdan ötür. Guya 005 nömrəli maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir.

Oxunub: 589
Oxşar xəbərlər
SON XƏBƏRLƏR