dini radikalizm və ekstremizmlə mübarizə

Şəkidə meşə ərazisində silah-sursat tapılıb

Şəki rayonunda meşədə və yol kənarından xeyli silah-sursat tapılıb.

“Report”un məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı rayonun Öyrət kəndi yaxınlığında meşəlik ərazidə şübhəli bağlamanın işərisində bir ədəd AK 74 markalı 5,45 çaplı "Kalaşnikov" silahı, bir ədəd həmin silaha aid daraq, 14 ədəd güllə, bir ədəd lüləsi kəsilmiş İJ-18 markalı tək lülə ov tüfəngi götürülüb.

Əməliyyatın davamı olaraq rayonun İncə kəndinə gedən yolun kənarındakı kolluqda şübhəli bağlamanın içərisindən isə bir ədəd "Makarov" tipli tapanca, bir ədəd ona aid boş daraq, bir ədəd Rusiya istehsalı olan Pnevmatik qaz tapancası və bir ədəd ona aid qaz balonu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 692
Oxşar xəbərlər
SON XƏBƏRLƏR