dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanda azərbaycanlıların olduğu taksiyə hücum

Azərbaycandan Gürcüstana gedən taksi sürücüsü və sərnişinlər "Sınıq körpü" sərhəd-keçid məntəqəsi yaxınlığında silahlı hücuma məruz qalıblar.

Djb.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Cinayətkarlar avtomobilin qarşısını kəsərək, sürücünü döyüblər. Onlar sərnişinlərə də xəsarət yetirib və pul, maşının açarını götürərək hadisə yerindən qaçıblar.

Zərəçəkən sürücünün oğlu bildirib ki, soyğunçular qaz silahından istifadə ediblər.

Faktla bağlı istintaq başladılıb. Cinayətkarları 5 ildən 7 ilədək həbs cəzası gözləyir.

Oxunub: 543
Oxşar xəbərlər
SON XƏBƏRLƏR