dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstandan Azərbaycana qaçaq keçən iranlı MƏHKƏMƏ QARŞISINDA

Azərbaycan sərhədini qanunsuz keçməkdə təqsirləndirilən İran vətəndaşı, 1974-cü il təvəllüdlü Şukahi Omid Həmid oğlunun barəsində aparılan ibtidai istintaq başa çatıb.

Open.az-ın məlumatına görə, iranlı barəsində toplanan cinayət işinin materialları baxılması üçün Balakən rayon Məhkəməsinə göndirilib.

Cinayət işi hakim Hümmət Səlimovun icraatına verilib və məhkəmənin hazırlıq iclası noyabrın 27-ə təyin edilib.

Qeyd edək ki, sentyabrın 21-də DSX sərhəd qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən naməlum şəxsin hərəkəti aşkarlanıb. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qaldırılaraq hadisə yerinə hərəkət edib. Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq hərəkət edən bir nəfər saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı, 1974-cü il təvəllüdlü Şukahi Omid Həmid olduğu müəyyənləşib. Onun aprelin 17-də “Böyük Kəsik” Sərhəd Nəzarət Məntəqəsindən (SNM) keçərək Gürcüstana getməsi və aprelin 23-də “Şıxlı” SNM-dən Gürcüstandan ölkəmizə qayıdarkən Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəyə girişi qadağan olunduğuna görə geri qaytarıldığı üçün dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum olub. Sərhəd pozucusunun üzərində ona məxsus İran pasportu, şəxsiyyət və sürücülük vəsiqələri, bank kartı, 429 manat, 50 min İran tüməni, 2 ədəd yaddaş kartı, “İphone5 S” markalı mobil telefon, İrana məxsus sim kart, 1 əl fənəri, 1 bıçaq, “powerbank”, geyim əşyaları və ərzaq məhsulları aşkarlanıb.

Oxunub: 604
Oxşar xəbərlər
SON XƏBƏRLƏR