dini radikalizm və ekstremizmlə mübarizə

Paytaxtda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb

Bakıda fəhlə iş zamanı 5-ci mərtəbədən yıxılaraq xəsarət aldı
Djb.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda binanın fasadında təmir işləri zamanı 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri qeyd olunan ünvana cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Yolçuyev Nemət İlqar oğlu 5-ci mərtəbədən yıxılaraq piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş taxta konstruksiyanın üzərinə düşərək xəsarət alıb. Xilasetmə tədbirləri nəticəsində N.Yolçuyev taxta konstruksiyadan düşürülüb və aidiyyəti üzrə təhvil verilib.

Oxunub: 605
Oxşar xəbərlər
SON XƏBƏRLƏR