dini radikalizm və ekstremizmlə mübarizə

Zaqatalada yol qəzası: ölən və yaralanan var

Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha bir nəfər ağır yaralanıb.

Djb.az-in report-a istinadən məlumatına görə, hadisə dünən, axşam saat 22 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda olub.

Şəxsiyyəti hələlik müəyyənləşməyən şəxsin idarə etdiyi "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Hər iki şəxsin Aşağı Çardaqlar kəndinin sakinləri olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ölən və yaralanan şəxslərin şəxsiyyətini dəqiqləşdirir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunub: 592
Oxşar xəbərlər
SON XƏBƏRLƏR