» » Qazaxda qohumunu silahla hədələyən şəxs saxlanılıb

Qazaxda qohumunu silahla hədələyən şəxs saxlanılıb

Qazaxda qohumunu silahla hədələyən şəxs saxlanılıb
Qazax rayonunda qohumunu silahla hədələyən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, oktyabrın 30-da Qazax Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən Aslanbəyli kənd sakini O.Çələbiyev həmin gün sərxoş halda yaşadığı evə gələn Kamandar adlı qohumunun tüfənglə onu öldürəcəyi ilə hədələdiyini bildirib.
Rayon sakini Kamandar Nəsibov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan tir tüfəngi götürülüb.

Faktla Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930