dini radikalizm və ekstremizmlə mübarizə

Sumqayıt Dövlət Universitetinin birinci kurs tələbələri dənizdə boğulublar

Sumqayıt Dövlət Universitetinin birinci kurs tələbələri dənizdə boğulublar
Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub.

"Report"un xəbərinə görə, hadisə ötən gün baş verib.

Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri - 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.

Onların meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Məlum olub ki, hər iki şəxs bu il Sumqayıt Dövlət Universitetinə qəbul olublar. Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər.

Oxunub: 667
Oxşar xəbərlər
SON XƏBƏRLƏR