dini radikalizm və ekstremizmlə mübarizə

Naxçıvandan qayıdan ailə Salyanda qəzaya uğradı.

Naxçıvandan qayıdan ailə Salyanda qəzaya uğradı.
Ötən gecə saat 3 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Noxudlu kəndindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

“Mercedes” markalı minik maşını ilə Naxçıvan Muxtar Respublikasında yaşayan yaxın qohumlarına baş çəkməyə gedən ailə geri qayıdarkən “Noxudlu yolunda” “KamAZ” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlər-54 yaşlı Oğuz rayon sakini Gülnarə İbrahim qızı Əliyeva və onun Bakı şəhərində yaşayan qızı, 30 yaşlı Aynur Mürşüd qızı Əbilova xəsarət aldıqları üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan ambulator müaəlicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 666
Oxşar xəbərlər
SON XƏBƏRLƏR