dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda məşhur restoranda kütləvi zəhərlənmə

Bakıda məşhur restoranda kütləvi zəhərlənmə
Bakının Nərimanov rayonunda yerləşən “Tonqal” restoranında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər.

Məlumata görə, avqustun 11-də axşam saat 20:00 radələrində “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar olub.

Bundan əlavə hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunmuş və faktla bağlı protokol tərtib edilib.

Hadisə nəticəsində zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir.

Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Oxunub: 616
Oxşar xəbərlər
SON XƏBƏRLƏR