Sumqayıtda 71 yaşlı kişi intihara cəhd edib
- 6-08-2018, 13:32
- hadise
- 181

Sumqayıt şəhərində 71 yaşlı kişi intihara cəhd edib.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.
Belə ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xamoğlan Hümbət oğlu Cəfərov özünü yaşadığı binanaın 4-cü mərtəbəsindən ataraq intihara cəhd edib. Ağır bədən xəsarətləri alan X.Cəfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır.