dini radikalizm və ekstremizmlə mübarizə

ETSN: Son günlərdə müşahidə olunan meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib

ETSN: Son günlərdə müşahidə olunan meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib
"Son günlərdə müşahidə olunan meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, iyulun 28-də Altıağac Milli Parkının ərazisinə keçən və 70 hektar ərazini əhatə edə yanğın tamamilə söndürülüb: "Yanğın üç gün davam etdi. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və aviasiya dəstəsinin operativliyi nəticəsində yanğının qarşısı alındı".

H.Əlizadə qeyd edib ki, şübhəli şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub: "Hazırda araşdırmalar davam etdirilir".

Oxunub: 685
Oxşar xəbərlər
SON XƏBƏRLƏR