dini radikalizm və ekstremizmlə mübarizə

Meyiti tapılan xanəndənin ölüm səbəbi açıqlandı - Rəsmi

Meyiti tapılan xanəndənin ölüm səbəbi açıqlandı - Rəsmi
Ötən gün Miryusif Mirizadənin qətlə yetirildiyi təsdiqlənəndən sonra yoxa çıxdığı bildirilən və axtarışlarına başlanılan Novruz Hüseynovun meyiti tapılıb.

Djb.az xəbər verir ki, Azvision.az xanəndənin cəsədinin bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edildiyini yazıb. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sübh çağı 02 BX 414 nömrəli “Mersedes” maşınında qəzaya düşərək öldükləri barədə xəbər yayıldıqdan az sonra gənc xanəndələrin qətlə yetirildiyi məlum oldu. Belə ki, Axar.az-ı məlumatlandıran sənətçilərdən biri Miryusifin qətlə yetirildiyini, Novruzun isə ümumiyyətlə yoxa çıxdığını bildirdi.

Məlumat prokurorluq tərəfindən təsdiqləndi.

Oxunub: 673
Oxşar xəbərlər
SON XƏBƏRLƏR