dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdən qaçırılan avtomobil Ağdaşda saxlanıldı

Mingəçevirdən qaçırılan avtomobil Ağdaşda saxlanıldı
İyulun 24-də saat 8 radələrində Mingəçevir şəhəri ərazisindən şəhər sakini Ruslan Hüseynovun “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub.

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Ağdaş rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə avtomobil həmin rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin Yevlax rayon sakini Sərxan Əliyev olduğu müəyyən edilib.
Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Oxunub: 599
Oxşar xəbərlər
SON XƏBƏRLƏR