» » Bakıda bacıqızı məhbus dayısına telefon ötürmək istəyib

Bakıda bacıqızı məhbus dayısına telefon ötürmək istəyib

  • 25-07-2018, 15:11
  • hadise
  • 118
Bakıda bacıqızı məhbus dayısına telefon ötürmək istəyib
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Report"a Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cinayət Məcəlləsinin 204.1 və 52.1-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Naibov Taley Cəfər oğlunun yanına qısamüddətli görüşə gəlmiş bacısı qızı Bakı şəhəri sakini Süleymanova Nuray Kamandar qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasında gizlətdiyi 1 ədəd "Samsung" markalı mobil telefon, daxilində 1 ədəd “nar” və 1 ədəd “bakcell” nömrəsi aşkar edilərək götürülüb.

Toplanmış sənədlər və maddi sübut Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031