dini radikalizm və ekstremizmlə mübarizə

Ötən gün ölkədə 107 cinayət törədilib

Ötən gün ölkədə 107 cinayət törədilib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 22-i “isti izlər”lə açılıb.

Modern.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Oxunub: 631
Oxşar xəbərlər
SON XƏBƏRLƏR