dini radikalizm və ekstremizmlə mübarizə

Göyçayda iki avtomobil toqquşub, ağır xəsarət alanlar var

Göyçayda iki avtomobil toqquşub, ağır xəsarət alanlar var
Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayonun Çaxırlı kəndi ərazisində "VAZ 2106" və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay sakinləri -1956-cı il təvəllüdlü Mustafayev Eyyub Ağasəf oğlu, 1983-cü il təvəllüdlü İbadova Aynurə Maarif qızı və 1989-cu il təvəllüdlü Məmmədova Nərminə Alim qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxunub: 633
Oxşar xəbərlər
SON XƏBƏRLƏR