dini radikalizm və ekstremizmlə mübarizə

Təbiətin çirkləndirilməsi vəzifəli şəxsə baha başa gəldi

Təbiətin çirkləndirilməsi vəzifəli şəxsə baha başa gəldi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, reyd zamanı Qaradağ rayonu Buta gölünün ətrafında qeyri-qanuni tullantıların qalaqlanması faktı aşkar olunub.

Araşdırma zamanı ərazinin təmizliyinə cavabdeh şəxs Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Sanitar Kommunal Təmizliyi İdarəsinin rəisi Arif Teymurov barəsində protokol tərtib edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində iki min manat məbləğində cərimə olunub.

Təbiətin çirkləndirilməsi vəzifəli şəxsə baha başa gəldi
Təbiətin çirkləndirilməsi vəzifəli şəxsə baha başa gəldi

Oxunub: 875
Oxşar xəbərlər
SON XƏBƏRLƏR