dini radikalizm və ekstremizmlə mübarizə

Şəkidə qanunsuz ağac kəsintisi faktı aşkarlanıb

Şəkidə qanunsuz ağac kəsintisi faktı aşkarlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəki rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, reyd zamanı Şəki rayonu Bideyiz bələdiyyəsinin mülkiyyətinə aid örüş sahəsində 9 ədəd palıd, qarağac, yemişan cinsli ağacın kəsildiyi və təbiətə 1070 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib.

Təqsirkarın müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Şəki Rayon Polis şöbəsinə göndərilib.

Şəkidə qanunsuz ağac kəsintisi faktı aşkarlanıb

Oxunub: 728
Oxşar xəbərlər
SON XƏBƏRLƏR