» » Naxçıvana gedən təyyarə quşla toqquşdu və...

Naxçıvana gedən təyyarə quşla toqquşdu və...

Naxçıvana gedən təyyarə quşla toqquşdu və...
Bakı-Naxçıvan aviareysi təxirə salınıb.

Axar.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənskinin sözlərinə görə, aviareysin təxirə salınmasına təyyarənin havaya qalxarkən quş ilə toqquşması səbəb olub.

“Səmaya qalxarkən quş ilə toqquşan hava laynerinin kapitanı qərar verib ki, təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına geri dönsün. Təyyarə yerə uğurla enib. Hazırda Naxçıvana uçacaq digər təyyarənin hazırlıq işləri aparılır. Sərnişinlər növbəti reys ilə Naxçıvana yola salınacaq. Ləngimə çox olmayacaq”, - deyə P.Kəsəmənski vurğulayıb.

P.Kəsəmənski onu da əlavə edib ki, hazırda geri dönən təyyarəyə texniki heyət baxış keçirir.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31