dini radikalizm və ekstremizmlə mübarizə

“Telegram”da minlərlə istifadəçini soydular

“Telegram”da minlərlə istifadəçini soydular
Virtual dələduzlar “Telegram” messencerinin fəaliyyətində baş vermiş irimiqyaslı pozuntudan sui-istifadə edərək Pavel Durov adından istifadəçilərdən 32 min dollara yaxın vəsaiti talan edib.

Djb.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Group-IB” kiber-təhlükəsizlik şirkətinin pres-relizində deyilir.

İstifadəçilər “Telegrama” daxil ola bilməyən vaxt, virtual dələduzlar “Twitter”də Durovun akkauntunu kopyalayan hesab yaradıb. Sonradan onun adından ismarıc yayaraq, üzrxahlıq jesti olaraq istifadəçiləri kriptovalyutaların lotereyasında iştirak etməyə dəvət ediblər.

Tvitin populyarlaşması üçün kibercinayətkarlar Pavel Durovun verifikasiya olunmuş profilinə xatırlama verib.

Qoşma şəklində əlavə olunmuş link, istifadəçini “məğlubiyyətsiz lotereyanın” saytına yönləndirib.

Ekspertlərin hesablamalarına görə, bir neçə saat ərzində istifadəçilər özləri də bilmədən dələduzları 31,876 min dollar məbləğində zənginləşdirib. Çoxları bu sxemin başında Durovun dayandığını sanaraq onu məsuliyyətə cəlb etməyə çağırıb.

Oxunub: 655
Oxşar xəbərlər
SON XƏBƏRLƏR