» » Sumqayıtda axtarışda olan şəxsdən odlu silah götürülüb

Sumqayıtda axtarışda olan şəxsdən odlu silah götürülüb

  • 15-03-2018, 14:58
  • hadise
  • 112
Sumqayıtda axtarışda olan şəxsdən odlu silah götürülüb


Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Oqtay Şirinovun yeri müəyyən edilərək saxlanılıb.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən kustar üsulla hazırlanmış qələm tapança və 55 ədəd patron aşkar edilib.

Araşdırma zamanı onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

O.Şirinov götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031