dini radikalizm və ekstremizmlə mübarizə

Sumqayıtda ağır qəza: Ölənlər var

Sumqayıtda ağır qəza: Ölənlər var



Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Şəhərin 9-cu mikrorayonu ərazisində "Hyundai” markalı avtomobillə "50-BY-671” dövlət qeydiyyat nişanlı "Oka”nın toqquşması nəticəsində ikinəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslər "Oka”nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələlik məlum olmayan sərnişinidir.

Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılıb.

Yaralılar, eləcə də, "Hunday”ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-yə aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxunub: 745
Oxşar xəbərlər
SON XƏBƏRLƏR