dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda zəncirvari qəza olub, xəsarət alanlar var

Lənkəranda zəncirvari qəza olub, xəsarət alanlar var
Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.

Belə ki, Gəlmətürk qəsəbəsindən əsas yola çıxan Ağayev Ruslana məxsus, 99-HH-699 seriya nömrəli, "Mazda" markalı avtomobil hərəkətdə olan, Mikayılzadə Elvarın idarə etdiyi 10-VC-543 seriya nişanlı, "Mazda" markalı avtomobilə çırpılıb. Nəticədə E.Mikayılzadənin idarə etdiyi avtomobil aşaraq yolun kənarında dayanan daha iki maşına çırpılıb.

Qəza zamanı 3 nəfər yüngül xəsarət alıb. Onlara xəstəxanada ambulator yardım göstərilib.

Oxunub: 658
Oxşar xəbərlər
SON XƏBƏRLƏR