dini radikalizm və ekstremizmlə mübarizə

“Topaz”dan oğurluq edən saxlanıldı

“Topaz”dan oğurluq edən saxlanıldı
Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Topaz” mərc oyunları məntəqəsində oğurluq olub.

DİN-nin saytı xəbər verir ki, bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

17-ci polis bölməsinin əməkdaşları çağırış daxil olduqdan sonra dərhal hadisə yerinə gəlib və “Topaz” mərc oyunları məntəqəsindən 85 manat pul, 6 televizor, 2 noutbuk və müşahidə kamerasının oğurlandığını müəyyən edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala sakini, əvvəllər məhkumluğu olan Elçin Rəşidov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon polis idarəsində cinayət işi açılıb. İstintaq aparılır.

Oxunub: 691
Oxşar xəbərlər
SON XƏBƏRLƏR