dini radikalizm və ekstremizmlə mübarizə

Üç qoyun dörd insanın ölümünə səbəb oldu – VİDEO

Üç qoyun dörd insanın ölümünə səbəb oldu – VİDEO
Çində magistral yolu keçən qoyunlar ağır yol-nəqliyyat hadisəsinə səbəb olublar.

Oxu.Az-ın xəbərinə görə, dörd nəfərin ölümü ilə nəticələnən qəza 2017-ci ilin oktyabrın 31-də baş versə də, hadisənin videosu bu gün sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Kadrlarda görünür bir-birinin ardınca üç qoyun yola çıxır. Sürücülər dayanaraq onların keçməsini gözləyirlər, lakin “Chevrolet” markalı avtomobilin sürücüsünün diqqətsizliyi nəticəsində zəncirvari qəza baş verir.

İlk iki maşının sürücüləri və sərnişinləri qəzanın fəsadlarını qiymətləndirmək üçün avtomobildən çölə çıxırlar, bu zamanı yük maşını onları əzib üstündən keçir.

Oxunub: 859
Oxşar xəbərlər
SON XƏBƏRLƏR