» » Qardaş bacıya ağır xəsarət yetirdi

Qardaş bacıya ağır xəsarət yetirdi

Qardaş bacıya ağır xəsarət yetirdi
Xəzər rayonun 1 saylı Polis Bölməsinin əməkdaşları növbəti ailə zorakılığı faktını qeydə alıb.

Oxu.Az xəbər verir ki, fevralın 7-də Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Təranə Əliyevə təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

Qardaşı qadına xəsarət yetirərək onun əlini tanınmaz hala gətirib.

Həkimlər qadına lazımi yardım göstərərək, baş verənlər barədə polisə məlumat verib. Araşdırma nəticəsində məlum olub ki, hadisəni böyük qardaşı, 1966-cı il təvəllüdlü Şüvəlan qəsəbəsi, Bağlar yaşayış massivinin sakini Ağabalayev Elxan Əlikram oğlu törədib.

Məlumata görə, bacı-qardaş arasında münaqişə 19:30 radələrində baş verib. Hazırda Xəzər rayonunun istintaq şöbəsi cinayət hallarını araşdırır.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728