dini radikalizm və ekstremizmlə mübarizə

İki nəfəri maşın vuraraq öldürüb

İki nəfəri maşın vuraraq öldürüb
Bakıda və Füzulidə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 5-də saat 12 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əhliman Dadaşov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Mehdiqulu Poladovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Elə həmin gün saat 19 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsində qəsəbə sakini Məmməd Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Fin qəsəbə sakini Cavid Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.


Hər iki faktla bağlı araşdırma aparılır.

Oxunub: 710
Oxşar xəbərlər
SON XƏBƏRLƏR