dini radikalizm və ekstremizmlə mübarizə

Dostunu bıçaqladı, 7 il həbs aldı

Dostunu bıçaqladı, 7 il həbs aldı
Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Mirqələm Tağıyev barəsindəki hökmdən narazı qalıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2017-ci il iyun 23-də Cəlilabad rayon sakini, 24 yaşlı M.Tağıyev Binə qəsəbəsində tanışı Alik Əhmədovu bıçaqlayıb.

O deyib ki, Alik içkili olduğu üçün səbəbsiz yerə söyüş söyüb, qarşılığında da belə cəzalanıb.

A.Əhmədov isə artıq ondan şikayətçi olmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verib. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun icraatımda verilib. Proses yanvarın 9-da başlayacaq.

Oxunub: 915
Oxşar xəbərlər
SON XƏBƏRLƏR