dini radikalizm və ekstremizmlə mübarizə

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkar edilərək götürülüb

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkar edilərək götürülüb
Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana "Mercedes Benz E220 CDİ" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.

Nəqliyyat vasitəsində aparılan yoxlamadan sonra sürücünün və avtomobildə sərnişin qismində səyahət edən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı sürücünün şalvarının cibindən "Samsung" və "Lenovo" markalı 3 ədəd mobil telefon, onun sərnişininin şalvarının və gödəkcəsinin ciblərindən isə "Samsung" və "Huawei" markalı 14 ədəd mobil telefon, "Sandisk" markalı müxtəlif həcmli 10 ədəd yaddaş kartları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 758
Oxşar xəbərlər
SON XƏBƏRLƏR