» » Lerik sakini ailəsinin qızıllarını gizlin satarkən saxlanılıb

Lerik sakini ailəsinin qızıllarını gizlin satarkən saxlanılıb

Lerik sakini ailəsinin qızıllarını gizlin satarkən saxlanılıb
Lerik sakini ailəsinin qızıllarını gizlin satarkən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Lerik şəhər avtovağzalı ərazisində özünü şübhəli aparan şəxs ərazidə xidmət aparan Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun səyyar şəkildə qızıl əşyalar satması şübhə doğurduğundan Lerik Rayon Polis Şöbəsinə dəvət edilib.

Araşdırmalarla onun Şinəband kənd sakini Pərviz Talıbov olması, satmaq istədiyi qızıl əşyalarının isə ailə üzvlərinə məxsus olması, onları gizlin götürərək satmaq istəməsi müəyyən edilib.

Qızıl-zinət əşyaları - boyunbağı, qolbaq, üzük və digər bəzək əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930