» » Yardımlıda 23 yaşlı qadını boğaraq öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Yardımlıda 23 yaşlı qadını boğaraq öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Yardımlıda 23 yaşlı qadını boğaraq öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Şirvan Apellyasiya Məhkəməsində Yardımlıda qadını boğaraq öldürən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Yardımlı rayonu Telavar kənd sakini Təhməzov Niyazi Baxas oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu ilin aprelində Yardımlı rayonunun Telavar kəndi ərazisində 37 yaşlı Təhməzov Niyazi Baxas oğlu tanışı 23 yaşlı Babayeva Natəvan Azəddin qızını onunla mübahisə zamanı boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədib.

Öldürülən qadının N.Təhməzovla münasibətinin olduğu üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və aprelin 13-də meyiti gizlətdiyi yeri göstərib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Təhməzov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31