» » Xəzər dənizində 2 balıqçı itkin düşüb - YENİLƏNİB

Xəzər dənizində 2 balıqçı itkin düşüb - YENİLƏNİB

Xəzər dənizində 2 balıqçı itkin düşüb - YENİLƏNİB
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 11 noyabr 2017-ci il tarixində Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin "Orion" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.

Djb.az FHN-in saytına istinadən xəbər verir ki, itkin düşmüş digər şəxsin axtarışları davam etdirilir.
Axtarışlarda Fövqəladə Hallar Nazirliyinim Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.
************************************************************************************************************************************************

Pirallahıda 2 balıqçı itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31