» » Bakıda yaşayış binasında baş verən yanğın zamanı 15 sakin xilas, 20 nəfər isə təxliyə edilib

Bakıda yaşayış binasında baş verən yanğın zamanı 15 sakin xilas, 20 nəfər isə təxliyə edilib

Bakıda yaşayış binasında baş verən yanğın zamanı 15 sakin xilas, 20 nəfər isə təxliyə edilib
FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.


Djb.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas olunub, 20 nəfər təxliyə edilib.

Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031