» » Xudatda ailə faciəsi: Qardaş qardaşı güllələdi - YENİLƏNİB

Xudatda ailə faciəsi: Qardaş qardaşı güllələdi - YENİLƏNİB

Xudatda ailə faciəsi: Qardaş qardaşı güllələdi - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Xızı sakininin qardaşını qətlə yetirməsi ilə bağlı rəsmi məlumat yayıb.

Djb.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumatda bildirilib ki, oktyabrın 29-da Xızı rayonunun Yarımca kəndi ərazisində Bakı şəhər sakinləri Şirxan Məhərrəmovla qardaşı Səməd arasında onlara məxsus əkin sahəsində münaqişə baş verib. Bu zaman Şirxan tüfəngdən açdığı atəşlə Səmədi qətlə yetirib və bu barədə polisə məlumat verib.

Ş.Məhərrəmov Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tutulub və ondan hadisə törədilərkən istifadə edilən müvafiq sənədləri olmayan 16 kalibrli tüfəng götürülüb.

*******************************************************************************************************************************************************************
Xudatda qardaş qardaşı qətlə yetirib.

Djb.az Report-a istinadən xəbər verir ki, Xudat sakini, 1966-cı il təvəllüdlü Məhərrəmov Səməd Həsən oğlu torpaq üstündə yaranmış mübahisə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Şiraxan Həsən oğlu Məhərrəmovu tüfənglə vuraraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728