» » Başqasının kartını tapdı - bankomatdan 940 manat oğurladı

Başqasının kartını tapdı - bankomatdan 940 manat oğurladı

Başqasının kartını tapdı - bankomatdan 940 manat oğurladı

Bakı şəhər sakini olan bir şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə bankomat kartından pulunun çıxarılması barədə müraciət edib. O, ərizəsində naməlum şəxs tərəfindən avqustun 28-də hesabındakı 940 manatın çıxarılaraq oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.
Araşdırmalarla onun Lerik rayon sakini Cəmşid Alışov olduğu məlum olub. O, törətdiyi əməli etiraf edib və bildirib ki, həmin bankomat kartını küçədən tapıb. Kartın kodu üzərində yazıldığından hesabdakı məbləği çıxarıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031