» » Şəki sakini özünü körpüdən ataraq intihar edib

Şəki sakini özünü körpüdən ataraq intihar edib

  • 12-11-2016, 00:54
  • hadise
  • 166
Şəki sakini özünü körpüdən ataraq intihar edibŞəkidə 59 yaşlı kişi özünü körpüdən ataraq intihar edib.

Djb.az xəbər verir ki, Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə noyabrın 11-i axşam saat 18 radələrində qeydə alınıb.

Şəki şəhəri, Bağbanlar küçəsi ev 59 ünvanında yaşayan, 1957-ci il təvəllüdlü Vəli Əmrah oğlu Uruciyev hələ ki istintaqa məlum olmayan səbəbdən özünü Kiş çayı üzərindəki Qoxmuq körpüsündən ataraq intihar edib. Vəli Uruciyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Məlumatda bildirilir ki, ailəsindən ayrılan Vəli Uruciyev son illər tüfeyli həyat yaşayırdı.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Kiş çayı üzərindəki Qoxmuq körpüsü Şəki şəhəri ilə Qoxmuq kəndini birləşdirir.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031